Von der Leyen öz postunda qalacaq

Avropa Parlamentində ən böyük partiyaları təmsil edən Aİ liderləri Ursula fon der Leyenin yeni müddətə Avropa Komissiyasının rəhbəri vəzifəsinə namizədliyi ilə bağlı razılığa gəliblər.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Avropa diplomatiyasına Estoniyanın baş naziri Kaja Kallas rəhbərlik edəcək.

Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi kimi Kallas 2019-cu ilin dekabrından bu vəzifədə çalışan Xosep Borreli əvəz edəcək.

Portuqaliyanın keçmiş baş naziri Antonio Kostanın Avropa İttifaqı Şurasının sədri vəzifəsinə namizədliyi razılaşdırılıb. O, Çarlz Mişeli əvəz edəcək.

Məlumata görə, Aİ rəhbərliyində vəzifələrə namizədlərin müzakirəsində Yunanıstan, Polşa, İspaniya və Hollandiya hökumət başçıları, həmçinin Fransa prezidenti və Almaniya kansleri iştirak ediblər.

İyunun 27-də fon der Leyen, Kallas və Kostanın namizədliyi Brüsseldə sammitə toplaşacaq Aİ-yə üzv ölkələrin bütün başçılarına təqdim olunacaq.

Qeyd edək ki, Rusiya Daxili İşlər Nazirliyi Kallası Rusiya ərazisində axtarışa verib və Rusiya Xarici İşlər Nazirliyi isə onun ölkəyə girişinə qadağa qoyub.

 

 

Şəbnəm

Gununsesi.info