ABŞ rəsmiləri prezident Donald Trampı Ukrayna Silahlı Qüvvələrinin planlaşdırdığı hücumla bağlı məlumatlandırıblar.
Gununsesi.info xəbər verir ki, bu barədə The Wall Street Journal yazır.
Bildirilir ki, əməliyyat üçün ABŞ kəşfiyyatının dəstəyi tələb olunur. Mənbələrə görə, Trampa həmçinin döyüş meydanındakı vəziyyət, o cümlədən Rusiyanın irəliləyiş əldə etdiyi barədə məlumat verilib.
Rəsmilər qeyd edirlər ki, Tramp siyasətini deyil, yalnız ritorikasını dəyişib: o, Ukraynaya silah satışına icazə verməkdə davam edir, lakin ABŞ silahlarının Rusiya ərazisində istifadə olunmasına məhdudiyyət qoyur.
Firuzə











