Xalq şairi Nəriman Həsənzadənin SON DURUMU AÇIQLANDI

Xalq şairi Nəriman Həsənzadənin vəziyyəti ağır stabildir.

Bu barədə Gununsesi.info-nun sorğusuna cavab olaraq Mərkəzi Klinikadan məlumat verilib.

Bildirilib ki, Nəriman Həsənzadənin Reanimasiya və intensiv terapiya şöbəsində müalicəsi davam edir:

“Xronik böyrək çatışmazlığı kəskinləşməsi diaqnozu ilə hemodializ proseduru icra edilir. Vəziyyəti ağır stabil qiymətləndirilir”.

 

Gununsesi.info