İranın yeni ali rəhbəri Müctəba Xamenei iş qabiliyyətini itirib, Qum şəhərində müalicə olunur, bu səbəbdən ölkəni idarə edə bilmir.
Gununsesi.info xəbər verir ki, bunu “The Times” qəzeti əldə etdiyi kəşfiyyat məlumatına istinadla yazıb.
Məlumatın ABŞ və İsrailin Fars körfəzi müttəfiqləri ilə paylaşdığı kəşfiyyat bilgisinə əsaslandığı deyilir. Məlumata görə, Müctəba atasının, Əli Xameneinin öldürüldüyü hücumda yaralanıb, ağır və huşsuz vəziyyətdədir.
Xameneinin yeni ali lider elan olunandan bəri ictimaiyyət qarşısında görünməməsi, yalnız yazılı bəyanatlarının, süni intellektlə hazırlanmış görüntülərin yayılması onun rəhbərliyi ilə bağlı şübhələri artırıb.
Məlumatda o da bildirilir ki, Qumda ata Xameneinin dəfninə hazırlıqlar gedir. Ailə üzvlərinin də sığa biləcəyi böyük məqbərə planlarının olduğu vurğulanır.
Bütün bunlar İranda hakimiyyətdə əslində kimin olması ilə bağlı suallar yaradır. İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) ölkəyə faktiki nəzarət etdiyi ehtimal olunur.











