Xırdalanda dəhşətli qətl -YENİLƏNİB

Cinayət əməlini törətməkdə şübhəli bilinən 1999-cu il təvəllüdlü N.Nəbiyev polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə saxlanılaraq istintaqa təhvil verilib. (Musavat.com )

***

Abşeron rayonu, Xırdalan şəhərində qətl hadisəsi qeydə alınıb.

Gununsesi.info Report-a istinadla bildirir ki, hadisə “Kristal Abşeron 1” yaşayış kompleksində baş verib.

İlkin məlumata görə, binada yaşayan Ruhin Əliyev qətlə yetirilib.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Əraziyə baxış keçirilir, faktla bağlı araşdırmalara başlanılıb.

Qətlin hansı şəraitdə törədildiyi və hadisənin digər təfərrüatları araşdırma yekunlaşdıqdan sonra məlum olacaq.