Xırdalanda gənc qızı şəkilləri ilə şantaj etdilər

  • Müəllif: admin
  • 16 İyun 2023 21:10

Xırdalanda gənc qız şantaj edilib.

Gununsesi.info xəbər verir ki, polisə müraciət edən F.F. Tunar adlı oğlanın onu şantaj etdiyini bildirib.

Şikayətçi qeyd edib ki, oğlan onun qeyri-münasib vəziyyətdə çəkilmiş fotosunu əldə etdiyini və bunu sosial şəbəkələrdə paylaşacağı ilə hədələyərək 1 000 manat pul tələb etdiyini deyib.

Daxil olan şikayət əsasında Abşeron rayon Polis İdarəsində araşdırılmalara başlanılıb.

Gununsesi.info