
Yaponiya hökuməti Şimali Koreyanın ballistik raket sınağına qarşı qarşı tərəfə etiraz notası verib.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Yaponiyanın Müdafiə Naziri Hamada Yasukazu açıqlama verib.
Yasukazu Ş.Koreyanın buraxdığı raketin 600 km. yol getdiyini və 50 km. yüksəklikdə uçduğunu söyləyib.
Raketlərin Koreya yarımadasına Yaponiyanın azad iqtisadi bölgəsinə düşdüyünü vurğulayan Hamada onların trayektoriyası ilə bağlı araşdırmaların davam etdiyini dilə gətirib.
Yaponiyanın digər rəsmisi Matsuno Hirokazu isə raket sınaqlarının BMT qərarlarını pozduğunu və bölgədəki xalqların təhlükəsizliyini təhdid etdiyini bildirib.
Yaponiyanın dövlət televiziyası NHK Koreyanın ballistik raket texnologiyası ilə bu il 13-cü dəfə raket sınağı gerçəkləşdirdiyini vurğulayıb.
Tərcümə: Arzu