Yenilənmiş F-16-lar: 4 ölkə növbədə…

“Lokhid Martin” şirkəti gələn il yenilənmiş F-16 qırıcılarının istehsalına başlayacaq.

Gununsesi.info xəbər verir ki, bu barədə şirkətin baş maliyyə direktoru Jesus Malave deyib.

O bildirib ki, 2024-cü ildən qırıcıların təhvil-təslim prosesinə start veriləcək.

Bildirilir ki, şirkətin əlində Bəhreyn, Tayvan, Slovakiya və İordaniya da daxil olmaqla, F-16 almaq istəyən ABŞ-ın vacib tərəfdaşlarının siyahısı var.

Gununsesi.info