Yük maşınında intihar etdi

  • Müəllif: Orxan
  • 19 Fevral 2025 11:05

Fevralın 18-də Abşeron rayonunda intihar hadisəsi baş verib.

Gununsesi.info-nun əldə etdiyi məlumata görə, saat 11 radələrində Bakı sakini 1986-cı il təvəllüdlü  E.Şahbazov Xırdalan şəhəri ərazisində özünü asıb.

Belə ki, sürücünün meyiti özünə məxsus “MAN” markalı yük avtomobilində asılı vəziyyətdə tapılıb.

Faktla bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır.

Gununsesi.info