Zaur Əkbər Bəxtiyar Hacıyevlə birgə işlətdiyi ofisi təhvil verdi

  • By admin
  • 16 Yanvar 2023 11:05

“Müdafiə xətti” hüquq müdafiə təşkilatı “Caspian Plaza”dakı ofisini təhvil verib.

Gununsesi.info xəbər verir ki, bu barədə təşkilatın həmtəsisçisi, hüquq müdafiəçisi Zaur Əkbər feysbuk hesabında bildirib.

“Bu gün (15 yanvar 2023) altı il fəaliyyət göstərdiyim, Bəxtiyar Hacıyev, Ziya Quliyev və Rail Abbasovla birgə bölüşdüyümüz ofisi tamamən təhvil veririk”, – deyə o yazıb.

“Caspian Plaza”dan sorğumuza cavab olaraq bildirdilər ki, bununla bağlı hər hansı açıqlama vermək istəmirlər.

Qeyd edək ki, hazırda həbsdə olan ictimai fəal Bəxtiyar Hacıyevin rəhbərlik etdiyi “Caspian PlatForum”, o cümlədən “Hüquqi Təşəbbüslər Mərkəzi” və “Müdafiə Xətti” hüquq müdafiə təşkilatının qərarlaşdığı ofis boşaldılıb.

Gununsesi.info