Zeleniski azərbaycanlı hərbçini təltif etdi

  • By admin
  • 01 İyun 2022 12:20

Ukrayna prezidenti Volodimir Zelenski Ukrayna Silahlı Qüvvələrinin əslən azərbaycanlı olan daha bir hərbçisini təltif edib.

Gununsesi.info xəbər verir ki, dövlət başçısı bununla bağlı müvafiq sərəncam imzalayıb.

 

Sərəncama əsasən, Ukrayna ordusunun hərbçisi Ruslan Xəlilov “Ukraynaya hərbi xidmətə görə” medalı ilə təltif edilib.

O, Zaporojye istiqamətində gedən döyüşlərdə yaralanmışdı. Əslən azərbaycanlı Ruslan Xəlilov Gürcüstanın Marneuli rayonunda doğulub.

O, hələ 2015-ci ildə Donetsk və Luqansk istiqamətində separatçılara qarşı döyüşlərdə yaralanmışdı.

Gununses.info