Zelenski bu nüfuzlu mükafatı qazandı

  • By admin
  • 12 İyun 2022 13:28

Builki “Boris Nemtsov” mükafatının qalibi Ukrayna Prezidenti Vladimir Zelenski olub.

Gununsesi.info xəbər verir ki, bu barədə Boris Nemtsov Azadlıq Fondu məlumat yayıb.

“Nemtsov Fondu” müharibə olacağı təqdirdə,  mükafata Ukrayna nümayəndələrini təqdim etmək qərarına gəlib. Namizədlər arasında Kiyev meri Vitali Kliçko, Könüllülərin Döyüş Tibbi Xidməti bölməsinin təsisçisi Yuliya Payevska (Taira), Prezidentin müşaviri Oleksiy Arestoviç və başqaları yer alıb.

Fondun təsisçiləri və idarə heyətinin reytinq səsverməsinin nəticələrinə görə, qalib Ukrayna Prezidenti Vladimir Zelenski olub.

Gununsesi.info