Zelenski Vaşinqtonda Trampla görüşəcək

  • Müəllif: Firuzə
  • 24 İyul 2026 11:05

Gələn həftə ABŞ-yə səfər edəcək Ukrayna Prezidenti Volodimir Zelenski Vaşinqtonda amerikalı həmkarı Donald Trampla görüşəcək.

Gununsesi.info xəbər verir ki, bu barədə “Suspilne” diplomatik mənbələrə istinadla məlumat yayıb.

Ukrayna Prezidentinin ABŞ-yə səfəri iyulun 28-nə planlaşdırılıb.

Nəşr yazıb ki, Ukrayna lideri səfər çərçivəsində mərhum senator Lindsi Qremin dəfn mərasimində iştirak edəcək və Donald Trampla görüşəcək.

Gununsesi.info