Əfqanıstanda bombalı hücumda 5 nəfər öldü, yaralılar var

  • By admin
  • 03 Yanvar 2021 17:32

Əfqanıstanın Kapisa vilayətində bomba hücumu nəticəsində 5 nəfər həyatını itirib.

Gununsesi.info xəbər verir ki, bu barəədə Kapisa polis şöbəsi məlumat yayıb.

Bildirilir ki, Kapisa Dini Alimlər Şurasının rəhbəri Mirveyis Kəriminin avtomobilinə qoyulmuş bomba vilayətin bazarında partlayıb.

5 mülki şəxsin həyatını itirdiyi hücumda, 9 nəfərin yaralandığı qeyd edilib. Hücumun məsuliyyətini hələ heç kim üzərinə götürməyib.

Gununsesi.info