Əhməd İsmayılov Qazaxıstanlı həmkarı ilə görüşüb

  • By admin
  • 17 İyun 2022 18:19

İyunun 17-da Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov Qazaxıstan İnformasiya Komitəsinin sədri Kanat İskakovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Gununsesi.info  xəbər verir ki, Əhməd İsmayılov ölkələrimiz arasında media sahəsində effektiv əməkdaşlığın qurulduğunu, xüsusən də Türk Dövlətləri Təşkilatı çərçivəsində ortaq dəyərlərimizə söykənən bu əlaqələrin inkişaf etdirilməsinin ciddi perspektivləri olduğunu bildirib.

Kanat İskakov rəhbərlik etdiyi qurum, habelə ölkəsində media qanunvericiliyinin yenilənməsi istiqamətində görülən işlər barəsində məlumat verib və bu baxımdan “Media haqqında” Azərbaycan Respublikası Qanununun nümunə olaraq öyrənilməsinin əhəmiyyətini vurğulayıb.

Görüşdə Azərbaycan və Qazaxıstan Respublikaları arasında informasiya sahəsində əməkdaşlığın dərinləşdirilməsi, iki ölkənin media subyektlərinin qarşılıqlı əlaqələrinin qurulması və inkişafı istiqamətində maraq doğuran məsələlərlə bağlı geniş fikir mübadiləsi aparılıb.

Gununsesi.info