Ukraynanın şərqində ağır döyüşlər gedir

  • By admin
  • 17 İyun 2022 19:04

Donbas bölgəsində şiddətli döyüşlər davam edir. Ukrayna qüvvələri əsas şəhər – Severodonetsk və yaxınlıqdakı bölgələrə edilən kütləvi bombardmanlara müqavimət göstərməyə çalışır. Rusiya bölgəni tamamilə mühasirə etməyə çalışır.

Böyük Britaniyanın Müdafiə Nazirliyi iyunun 17-də, gündəlik kəşfiyyat brifinqində bildirib ki, Rusiya ordusunun son 24 saat ərzində Severodonetskdən 55 kilometr cənubda yerləşən Popasna istiqamətində momentum qazanmağa çalışır, çünki oradan Severodonetski mühasirə etmək niyyətindədir.

Ukraynanın Baş Qərargahı iyunun 16-da axşam saatlarında bildirib ki, Severskiyə Donets çayının qarşı tərəfində Ukraynanın nəzarətindəki qardaşlaşmış şəhərlər olan Severodonetsk və Lisiçansk ətrafında döyüşlər xüsusilə şiddətli olub.

Severodonetsk uğrunda döyüşlər həfətlərdir davam edir. Ölkə prezidenti Donbasın taleyinin bu şəhərdəki döyüşlərin müəyyən edə biləcəyini deyib.

Əgər Rusiya qoşunları Severodonetsk və Lisiçanski ələ keçirə bilsələr, Moskva bütün Luhansk vilayətinə nəzarəti əldə edəcək.

Şərqi Luhansk vilayətinin hərbi qubernatoru Serqey Hayday bildirib ki, müharibədən əvvəlki 100 minlik əhalidən 10 minə yaxın mülki şəxs Severodonetskdə ilişib qalıb və şəhərdə zəruri ləvazimatlar tükənib.

Hayday həmçinin iyunun 16-da Lisiçanskda çayın qarşı tərəfində mülki əhalinin sığındığı binaya hava zərbəsi endirildiyi bildirib. Nəticədə azı 3 nəfər ölüb, 7 nəfər yaralanıb.

Bir çox mülki şəxs şəhərdəki Azot kimya zavodunun altındakı bunkerlərdə sığınıb. Şəhərin meri Aleksandr Stryuk iyunun 16-da Ukrayna televiziyasına bildirib ki, zavoddakı sığınacaqlarda 500-ə yaxın dinc sakin var.

“Artıq bir həftəyə yaxındır ki, oradakı döyüşlər və davamlı atəşlər davam edir” deyən Stryuk, atəşin ammonyak anbarına zərər verə və bunun kimyəvi fəlakət yarada biləcəyi barədə xəbərdarlıq edib.

Birləşmiş Millətlər Təşkilatı isə şəhərdə hələ də qapalı vəziyyətdə olan mülki vətəndaşların sayını 12 minə çatdırıb.

Digər tərəfdən iyunun 16-da Ukrayna televiziyasında Təhlükəsizlik Şurasının katibi Aleksey Danilov Belarusdan təhlükə ehtimalını gündəmə gətirib. İyunun 15-də görüşən rəsmilər qonşu ölkədəki vəziyyəti, Belarus Ordusunun vəziyyətini, orada nə qədər rus əsgərinin olduğunu müzakirə ediblər.

Hazırlığın qiymətləndirilməsi üçün 4 sahədə yoxlama aparılacağını deyən Danilov məsələnin “prezidentin nəzarətində olduğunu” əlavə edib.

Gununsesi.info