Əli Əsədov Paşinyanla görüşdü – FOTO

Gürcüstanda Azərbaycan və Ermənistanın Baş nazirləri Əli Əsədovla Nikol Paşinyan arasında görüş keçirilib.

Gununsesi.info xəbər verir ki, bu barədə məlumatı Gürcüstanın “İmedi” telekanalı yayıb.

Bir neçə saat davam edən görüşün Tbilisi yaxınlığında Muxranidə baş tutduğu bildirilir.

Görüşlə bağlı digər detallar açıqlanmayıb.

Qeyd edək ki, dünən Gürcüstanın Tbilisi şəhərində Beynəlxalq İpək Yolu Forumu fəaliyyətə başlayıb. Bütünlükdə dünyanın 60 ölkəsindən 2 minə yaxın nümayəndənin iştirak edəcəyi forumda Azərbaycanın və Ermənistanın baş nazirləri Əli Əsədov və Nikol Paşinyan da iştirak edib.

Gununsesi.info