Ərdoğan Makrona İlham Əliyevin tövsiyəsi ilə CAVAB VERDİ

  • By admin
  • 04 Dekabr 2020 16:30

“Dəyərli qardaşım İlham Əliyevin fransızlara tövsiyəsi oldu: erməniləri bu qədər sevirlərsə, Marseli ermənilərə versinlər”. Eyni tövsiyəni mən də verirəm. Erməniləri bu qədər sevirlərsə, Marseli onlara versinlər”.

Gununsesi.info xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan cümə namazından sonra jurnalistlərə açıqlamasında söyləyib.

O bildirib ki, Emmanuel Makron Fransanın başına bəladır: “Fransa çox təhlükəli dövr yaşayır. “Sarı jiletlilər”dən xilas ola bilməyəcək. Bu “sarı jiletlilər” daha sonra “qırmızı jiletlilə”rə çevrilə bilər. Ümid edirəm, Fransa Makron bəlasından qurtulacaq”.

Gununsesi.info