Ərdoğan namizədliyini ELAN ETDİ – CHP liderinə sərt ittihamlar

Türkiyənin hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğan 2023-cü ildə keçiriləcək prezident seçkiləri ilə bağlı önəmli açıqlama verib.

Gununsesi.info xəbər verir ki, İzmir Məşvərət Məclisinin toplantısında iştirak edək Ərdoğan prezidentliyə namizəd olacağını bildirib.

Rəqiblərinin kim olacağına gəlincə, Ərdoğan onların ortaya çıxmadığını söyləyib:

“Təəssüf ki, İzmir bir müddətdir bu şəhəri təmsil edənlər tərəfindən müsibətlər yaşayır. Bildiyiniz kimi, İzmirdə CHP-dən olan millət vəkili var. Bu adam İzmirə gedən yolu belə bilmir. Mən və ailə üzvlərim haqqında yeni böhtanlar çıxarır. Bu gün başqa bir davada qalib gəldim. Bu adam Türkiyədən o qədər xəbərsizdir ki, bəzi şəhərlərimizi ayrı-ayrı ölkələr adlandırıb”.

Türkiyə lideri milləti susdurmaq dövrünün bitdiyini sözlərinə əlavə edib və CHP liderinin ünvanına tənqidi fikirlər səsləndirib:

“Qərar vermək vaxtıdır. Mən bu şəxsə çox aydın şəkildə çağırış etdim. Çağırışımızın məqsədi həm bu şəxsi, həm də onun partiyasını böyük bir yükdən azad etməkdir. Ona millət vəkili seçildiyi İzmirdən bir daha eyni dəvəti edirəm. Namizədlik məsələsini artıq ört-basdır edə bilməzsiniz. Seçki gələn il iyunun ortalarında keçiriləcək. Qaçmağa yerin yoxdur, Kamal bəy. Siz camaata deyirsiniz ki, Xalq Alyansının namizədi müəyyənləşməlidir. Xalq Alyansının namizədi Tayyib Ərdoğandır. Kamal bəy, ya namizədliyinizi elan edin, ya da yoldan çəkilin. Siyasət ürək və səmimiyyət işidir. Bu suala cavab vermirsinizsə, bu, sizin həm ürəksiz, həm də səmimi olmadığınız deməkdir. Yadında saxla, deyirlər ki, xoruz çox olan kənddə səhər gec açılar. Baxın, heç namizəd də yoxdur, qalanlar necə gələcək?”

Gununsesi.info