Mübariz Mənsimovdan daha bir şəhidimizə ehtiram - “Palmali”nin növbəti gəmisi Vətən Müharibəsi Qəhrəmanı Adil İbrahimlinin adını daşıyacaq

  • By admin
  • 09 İyun 2022 19:05

“Palmali Group”un növbəti gəmisi Vətən Müharibəsi Qəhrəmanı Adil İbrahimlinin adını daşıyacaq.

Bu barədə Gununsesi.info-ya “Palmalı Group”un mətbuat katibi Fidan Quliyeva bildirib.

Onun sözlərinə görə, gəmi 12 iyunda İstanbuldan səfərlərini davam etdirəcək:

Azərbaycan Silahlı Qüvvələrinin zabiti, Xüsusi Təyinatlı Qüvvələrin Baş leytenantı Adil İbrahimlinin ailəsi Türkiyəyə dəvət edilib. “Palmali” Şirkətlər Qrupunun Prezidenti Mübariz Mənsimov şəhidin atasından gəmiyə “Adil İbrahimli” adının verilməsi ilə bağlı icazə alıb, xeyir duasını istəyib. Onlar da Mübariz bəyə təşəkkürünü bildirib”.

Gununsesi.info