Ərdoğanı təhqir edən 6 nəfərlə bağlı araşdırma başladılıb

  • By admin
  • 09 Fevral 2022 15:42

Türkiyə hökuməti Prezident Rəcəb Tayyib Ərdoğanın koronavirusun omikron ştamına yoluxduğunu elan etdikdən sonra sosial şəbəkələrdə ona qarşı təhqiramiz və təxribat xarakterli ifadələr işlətdiyinə görə altı nəfərə qarşı məhkəmə araşdırmasına başlayıb.

Gununsesi.info-nun “Yeni Şəfəq” qəzetinə istinadla məlumatına görə, iş üzrə aparılan istintaq çərçivəsində 26 nəfər sərbəst buraxılıb.

Türkiyədə prezidentin təhqir edilməsi ilə bağlı qanuna əsasən bu cür hərəkətlər edən şəxs cinayət məsuliyyətinə cəlb oluna və bir ildən dörd ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırıla bilər.

Ərdoğan şənbə günü həyat yoldaşı ilə birlikdə koronavirusun omikron ştamına yoluxduğunu bildirib. Türkiyə liderini fevralın 3-də Kiyevə səfəri zamanı müşayiət edən milli müdafiə naziri Hulusi Akar da koronavirusa yoluxub.

 

 

Gununsesi.info