“ABŞ və Qərb dünyasında nələrin baş verdiyini görürsünüz” - ZAXAROVA

  • By admin
  • 09 Fevral 2022 15:31

Qərb ekzistensial böhran yaşayır.

Gununsesi.info-nun verdiyi məlumata görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Diplomatiya Akademiyasında çıxış edərkən bildirib.

“ABŞ və Qərb dünyasında nələrin baş verdiyini görürsünüz: ideologiyaların toqquşması, soyuq müharibə dövründə olduğu kimi xarici ölkələrlə deyil, bu ölkələrin daxilində baş verir. Bu, artıq iki və ya üç partiyanın demokratik mübarizəsi deyil, bu, ekzistensial, siyasi sistemlərin daxildən böhranıdır. Ləğvetmə mədəniyyəti, repressiv mexanizmlərdən istifadə, həbslər, siyasi, maliyyə, iqtisadi təzyiqlər, insanın cəmiyyətdən kənarlaşdırılması…”, – Zaxarova vurğulayıb.

 

 

 

Gununsesi.info