Ərinin qumarda nə uduzduğunu deyə bilməyən qadının ürəyi getdi -VİDEO

MTV kanalında yayımlanan “Ümid ilə gəl” verilişində ürəkağrıdan hadisə yaşanıb.

Gununsesi.info  xəbər verir ki, Nərgiz adlı qadın ərinin ona çəkdirdiyi zülmlərdən canını qurtarmaq üçün proqrama müraciət edib.

Veriliş zamanı aparıcı Tarix Əliyev (Tolik) qumarda uduzan ərinin Nərgizə qarşı bağışlanılmayan addım atdığını deyib. Efirdən qadının ərinə səslənən Tolik məsələni üstüörtülü şəkildə belə izah edib:

“Sənin 2500 AZN borclu olduğun şəxs məsuliyyətə cəlb olunacaq. Çünki bu böyük ittihamdır. Sən bu hərəkətindən sonra evə necə gedib-gələ bilmisən? Mən üstüörtülü formada deyirəm. Kimə ki 2500 AZN borcun var, kim ki sənə o borcun üstündə 1000 AZN də verərəm və nə təklif edib, Nərgiz bütün bunları dedi. O təklifi edən adam sənin qohumdur”.

Tolikin bu sözlərindən sonra qadın yaşadığı şoku yenidən xatırlayıb və canlı yayımda ürəyi gedib. Verilişdə iştirak edən ekspertlər və çəkiliş heyəti Nərgizə kömək edib, ayıltmağa çalışıblar. Daha sonra yayım bitib.

Proqramdan olan həmin görüntüləri təqdim edir:

Gununsesi.info