16 sentyabra olan dərs cədvəli açıqlanıb - FOTO

  • By admin
  • 15 Sentyabr 2020 20:15

“Dərs vaxtı”nın sabaha olan cədvəli açıqlanıb.

Təhsil Nazirliyindən Gununsesi.info-ya verilən məlumata görə, “Mədəniyyət” və “ARB Günəş” telekanalları və “Təhsil” televiziyasının “Facebook” səhifəsində yayımlanan “Dərs vaxtı” proqramının 16 sentyabr cədvəlinə əsasən, saat 10:00-da XI sinif üçün Fiziki tərbiyə, Biologiya, Kimya, İngilis dili, Coğrafiya, saat 11:10-da X sinif üçün Biologiya, Kimya, İngilis dili, Coğrafiya, saat 12:15-də IX sinif üçün Biologiya, Kimya, İngilis dili, Coğrafiya, saat 13:20-də V sinif üçün Azərbaycan dili, İngilis dili, Təsviri incəsənət, saat 13:55-də II sinif üçün Azərbaycan dili, Riyaziyyat, Həyat bilgisi, Musiqi, saat 14:25-də I sinif üçün Azərbaycan dili, Riyaziyyat, Musiqi olacaq.

Rus bölməsi üçün saat 15: 00-da I sinif üçün Rus dili, Riyaziyyat, saat 15:25-də II sinif üçün Rus dili, Riyaziyyat, Həyat bilgisi, saat 15:55-də IV sinif üçün Rus dili, Riyaziyyat, İnformatika – Rəqəmsal bacarıqlar, saat 16: 35-də V-VI siniflər üçün Biologiya, Coğrafiya, İnformatika – Rəqəmsal bacarıqlar fənləri tədris olunacaq.

 

Gununsesi.info