200 vətəndaşımız BƏƏ-dən təxliyə olundu

Birləşmiş Ərəb Əmirliklərində qalan Azərbaycan vətəndaşlarının ölkəyə qayıdışı üçün Oman Sultanlığının Muskat şəhərindən Bakıya növbəti təxliyə reysi həyata keçirilib.

Gununsesi.info  xəbər verir ki, AZAL-ın Muskat–Bakı marşrutu üzrə hərəkət edən “Boeing 787 Dreamliner” təyyarəsi Bakı vaxtı ilə saat 13:25-də Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş edib.

Reys vasitəsilə ümumilikdə 200-ə yaxın Azərbaycan vətəndaşının təhlükəsiz şəkildə ölkəyə qayıdışı təmin edilib.

 

Gununsesi.info