2026-cı ildə Azərbaycan iqtisadiyyatını nə gözləyir? -İQTİSADÇI ŞƏRH ETDİ

2025-ci il üçün müxtəlif iqtisadi proqnozlar verildi və müxtəlif iqtidadi hadisələr də oldu.

Maraqlıdır, Azərbaycan iqtisadiyyatını 2026-cı ildə nə gözləyir?

Bu barədə Gununsesi.infoya Real Partiyasının sədri, iqtisadçı Natiq Cəfərli danışıb.

Onun sözlərinə görə, 2026-cı il Azərbaycan iqtisadiyyatı üçün ağır keçəcək.

“İndidən onu demək olar ki, növbəti il Azərbaycan iqtisadiyyatı üçün ağır keçəcək. Bunu ilk növbədə büdcə parametrlərinə baxanda da bilmək olur. Belə ki, gələn il büdcəmiz cəmi 0,7 faiz artacaq. Bu da onu göstərir ki, ÜDM artımı, ümumilikdə iqtisadi artımdakı rəqəmlər çox da yaxşı olmayacaq. Bundan başqa, hökumət vergiləri, rüsumları artırmaqla büdcədə yaranan problemləri aradam qaldırmağa çalışır. Ancaq bunun özü də əhali üçün əlavə yükdür”.

Həmçinin Natiq Cəfərov bildirib.

“Bir böyük risk də var ki, o da neft qiymətləridir. Gələn il üçün daha kəskin ucuzlaşması gözlənilir. Məsələn, neftin qiyməti 50 dollara qədər aşağı düşsə, daha böyük problemlər olacaq. Ticarət dövriyyəsinədək mənfi saldo yaranacaq, büdcə gəlirlərinə də təsir edəcək. Çünki büdcəmiz həm də neft şirkətlərindən gələn gəlirləe hesabına formalaşır. Bir sözlə, həm hökümət, həm də əhali üçün gələn il bir sınaq ili olacaq”.

 

Afət

Gununsesi.info