4 il əvvəlki zəlzələyə görə büdcədən vəsait ayrıldı

  • By admin
  • 06 İyun 2023 13:35

Ağsu, İsmayıllı və Şamaxıda zəlzələdən zərərçəkənlərin evlərinin bərpası üçün dövlət büdcəsindən vəsait ayrılıb.

Gununsesi.info xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında maliyyə naziri Samir Şərifov deyib.

“Dövlət büdcəsi tərəfdən ayrılan vəsaitin vaxtında çatması üçün işlər görüləcək. Bununla bağlı müvafiq qurumlar yoxlamalar aparacaq”, – deyə nazir bildirib.

Qeyd edək ki, 2019-cu ilin dekabrında Ağsu, İsmayıllı və Şamaxı rayonlarında zəlzələ olub. Nəticədə Ağsu, İsmayıllı və Şamaxı rayonlarında 748 ev qəzalı vəziyyətə düşüb, yüzlərlə evə, eləcə də sosial və infrastruktur obyektlərinə müxtəlif dərəcədə ziyan dəyib. Xoşbəxtlikdən insan itkisi qeydə alınmayıb.

Gununsesi.info