Siyavuş Novruzov hərbçiləri vədlərə aldanmamağa ÇAĞIRDI

  • By admin
  • 06 İyun 2023 13:32

Ayrı-ayrı ölkələrdə saytlar yaradılır və Azərbaycandakı hərbçilərə müraciətlər daxil olur. O cümlədən keçmiş Əfqanıstanda xidmət edən hərbçilərə də müraciətlər olur.

Gununsesi.info xəbər verir ki, bunu Milli Məclisin deputatı Siyavuş Novruzov parlamentin bu gün keçirilən iclasında bildirib.

“Belə ki, onlara müxtəlif formada vədlər verilir. Əmək haqları sadalanır ki, muzdlu şəkildə proseslərdə iştirak etsinlər. Hesab edirəm ki, bunun qarşısı kəskin şəkildə alınmalıdır. Bir çox vətəndaşımızı şirnikləndirmə yolu ilə vaxtı ilə İŞİD-ə cəlb etmişdilər. 988 nəfər azərbaycanlı orada iştirak edib və sonradan hamısı ölkədə müxtəlif cinayətlər törədib. Odur ki, buna yol verməməliyik və bunu qanunla tənzimləməliyik”,- deyə deputat bildirib.

Gununsesi.info