600-dən yuxarı bal toplamış 10 abituriyent universitetə qəbul ola bilmədi

  • Müəllif: Günel
  • 22 Avqust 2025 23:24

4-cü qrup üzrə 10 abituriyent 600-dən yuxarı bal toplasa da, ərizələrində məhdud sayda ixtisas kodu göstəriblər və nəticədə müsabiqədən keçməyiblər.

Gununsesi.info xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb.

Məlumata görə, həmin yerlərə daha yüksək bal toplayan abituriyentlər qəbul olunublar və keçid balı yüksək olub.

Gununsesi.info