Rusiya Ukraynaya dronlarla hücum edir - Bir saat ərzində 30-dan çox partlayış

  • Müəllif: Günel
  • 23 Avqust 2025 08:03

Rusiya ordusu Ukraynanın Kramatorsk şəhərinə dronlarla hücum edib.

Gununsesi.info xəbər verir ki, bu barədə şəhər rəhbərliyi “Telegram”da məlumat yayıb.

“Rusiya ordusunun 22.08.2025-ci il saat 21:47-dən 22:59-dək həyata keçirdiyi hücumlar nəticəsində Kramatorskda otuzdan çox partlayış səsi eşidilib”, – məlumatda deyilir.

Bundan başqa, ölkənin Çerniqov, Sumı və Donetsk vilayətlərində PUA-ların hərəkəti qeydə alınıb.

Gununsesi.info