65 yaşlı fəhlə faciəvi şəkildə öldü

  • Müəllif: Firuzə
  • 28 İyul 2025 15:31

Binəqədi rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

Gununsesi.info xəbər verir ki, hadisə iyulun 26-sı saat 18 radələrində Rəsulzadə qəsəbəsində tikilən çoxmərtəbəli binada qeydə alınıb.

Tikintidə fəhlə işləyən Bakı şəhər sakini 1960-cı il təvəllüdlü Mahmudov Çingiz Mustafa oğlu hündürlükdən yıxılaraq ölüb.

Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda araşdırma aparılır.

Gununsesi.info