7 aylıq körpə qızdırmadan öldü

  • Müəllif: Firuzə
  • 08 Dekabr 2025 14:20

Sumqayıtda 7 aylıq körpə (qız) yüksək hərarətdən ölüb.

Gununsesi.info Qafqazinfo-ya istinadla xəbər verir ki, hadisə dekabrın 7-si saat 15 radələrində baş verib.

Belə ki, 2025-ci il təvəllüdlü Alidə Nurlan qızı Vəlizadə yaşadığı Sumqayıt şəhərindəki evdə yüksək hərarətdən vəfat edib.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info