Balakən sakinindən tapança götürülüb.
Gununsesi.info DİN-in Mətbuat xidmətinin Şəki regional qrupuna istinadən xəbər verir ki, Balakən RPŞ-nin keçirdiyi tədbirlərlə qanunsuz olaraq odlu silah-sursat saxlayan, əvvəllər dəfələrlə məhkum olunmuş Abdülrəşid Qazaxov saxlanılıb.
Onda bir ədəd “Makarov” tapançası, daraq və patronlar aşkarlanıb.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
Gununses.info