Fransa mətbuatından təriflər: “Avropa müdafiəsi Türkiyəsiz mövcud ola bilməz”

  • By Admin2
  • 13 Mart 2025 15:36

Fransanın BFMTV kanalı “Avropalıların müdafiəsi Ankaradan keçirmi?” başlıqlı xəbər yayıb.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, hesabatda “Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə Türkiyə ordusunun xarici asılılığının 70 faizdən 30 faizə enməsi, ABŞ-dan hərbi cəhətdən asılı olan avropalıları həsəd aparacaq bir inkişaf” qeyd edilirdi.

Xəbərdə Avropa Birliyi (AB) ilə Türkiyə arasında xüsusilə Birliyə üzvlüklə bağlı fikir ayrılıqlarının olduğu, “Avropa müdafiəsinin Türkiyəsiz mümkün olmadığı”nın müzakirəyə çıxarıldığı bildirilir.

Xəbərdə Türkiyənin son illərdə hərbi potensialının gücləndirilməsi istiqamətində əldə etdiyi irəliləyişlərə toxunulub, Türkiyənin müdafiə sənayesinin yerli məhsullarının Polşa və Rumıniya kimi Avropa ölkələri də daxil olmaqla 180-dən çox ölkəyə ixrac edildiyi bildirilib.

Türkiyədən bir çox ölkəyə ixrac edilən hərbi texnikalar arasında “dünyaca məşhur” Bayraktar TB2 pilotsuz uçan təyyarələrin də olduğu vurğulanıb.

Financial Times qəzetinin NATO baş katibi Mark Ruttenin Avropa ölkələrini müdafiə siyasətlərində Türkiyə ilə daha yaxın əlaqələr qurmağa çağırdığı iddiası da xəbərlərdə gündəmə gəlib.

Hesabatda qitə təhlükəsizliyi baxımından əhəmiyyətli bir aktyor olan Türkiyənin ABŞ-dan sonra ittifaqda ikinci ən böyük orduya sahib olduğu xatırladılıb.

Xəbərdə həmçinin xarici işlər naziri Hakan Fidanın “Avropa təhlükəsizlik arxitekturasının yenidən qurulması nəzərdə tutulursa, bunun Türkiyəsiz reallaşması mümkün deyil” sözlərini də sitat gətirib. sözləri daxil edilmişdir.

Orxan

Gununsesi.info