Çinli memar təyyarə qəzasında öldü -Foto

  • Müəllif: Şəbnəm
  • 25 Sentyabr 2025 10:24

Çinli memar və landşaft dizayneri, “süngər şəhərlər” ideyasının müəllifi Kongjian Yu Braziliyada təyyarə qəzasında həlak olub.

62 yaşlı memarla birlikdə pilot Marselo Pereira de Barros, rejissorlar Luis Fernando Feres de Cunha Ferraz və Rubens Crispim Jr da dünyasını dəyişib.

 

Qəza Mato Grosso do Sul əyalətində, Aquidauana yaxınlığında baş verib. Səbəblər hələ açıqlanmayıb. Hadisə zamanı çəkiliş qrupu Pantanal bataqlıqlarında sənədli film üzərində işləyirdi.

 

Kongjian Yu Pekin və Harvard universitetlərinin professoru, Turenscape dizayn firmasının və Pekin Universitetində Memarlıq və Landşaft Dizaynı Məktəbinin qurucusu idi. Onun layihələri Çinin ekoloji siyasətinə və digər ölkələrin şəhərsalmasına mühüm təsir göstərib.

 

Günay

Gununsesi.info