Qətər və Səudiyyə Ərəbistanı BMT-nin İnkişaf Proqramı ilə birlikdə Suriyada əsas ictimai xidmətlərin davamlılığını təmin etmək üçün 89 milyon dollarlıq birgə təşəbbüs elan ediblər.
Qətər İnkişaf Fondu və Səudiyyə İnkişaf Fondu tərəfindən maliyyələşdirilən üç aylıq paket dövlət işçilərinin maaşlarının bir hissəsinin ödənilməsinə yönəlib.
Bu addım Körfəz ölkələrinin Suriyaya dəstəyi çərçivəsində may ayında dövlət işçilərinə maliyyə yardımının elanından və aprel ayında Suriyanın Dünya Bankına olan təxminən 15 milyon dollarlıq borcunun ödənilməsindən sonra atılıb.
Firuzə











