Cabir İmanov Qurd Qapısı qəbiristanlığında dəfn olunacaq

  • Müəllif: Firuzə
  • 30 Sentyabr 2025 12:29

Xəbər verdiyimiz kimi, Əməkdar artist Cabir İmanov bu gün Bakıda idman zalında infarktdan vəfat edib.

Gununsesi.infonun məlumatına görə, mərhumun nəşi Göy məscidə gətirilib.

C.İmanovun ailə üzvləri və sənət adamları məscidin önünə toplaşıb.

Sabah 12:30-da Cümə Məscidində cənazə namazı qılınacaq. O, daha sonra Yasamaldakı Qurd Qapısı qəbiristanlığında dəfn olunacaq.

 

Gununsesi.info