İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində “İtkin düşmüş şəxslər probleminin həlli üçün səylərin birləşdirilməsi və əməkdaşlığın genişləndirilməsi” mövzusunda beynəlxalq konfransın iştirakçıları işğaldan azad olunmuş ərazilərə səfər çərçivəsində Zəngilana gediblər.
Gununsesi.info xəbər verir ki, qonaqların Zəngilan səfəri zamanı Ağalı kəndində yeni məskunlaşma yerlərini ziyarət etmələri nəzərdə tutulur.
Sonra qonaqlar üçün Şuşa şəhərində gəzinti təşkil edilib. Şuşa səfəri vaxtı beynəlxalq konfrans iştirakçıları vaxtilə azərbaycanlı əsir-girovların saxlandıqları və dəhşətli işgəncələrə məruz qaldıqları Şuşa həbsxanası ilə yaxından tanış olublar. (AZƏRTAC)












