Rusiya Ukraynaya 1000 hərbçinin cəsədini qaytarıb.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Cümə axşamı Rusiya Ukraynaya min hərbçinin cəsədini təhvil verib.
Məlumata görə, repatriasiya tədbiri hər iki tərəfin razılaşdırılmış mexanizmi çərçivəsində həyata keçirilib. Rusiya tərəfinin açıqlamasında bildirilib ki, qaytarılan cəsədlərin hamısının Ukrayna hərbçilərinə məxsus olduğu güman edilir.
Şəbnəm









