Gülüstan Sarayında Türkiyənin Cumhuriyyət bayramı münasibətilə tədbir keçirilib.
Gununsesi.info-nun xəbərinə görə Milli Məclisin Sədri Sahibə Qafarova, Milli Məclisin deputatları, hökumət nümayəndələri, ictimai-siyasi sahənin təmsilçiləri iştirak ediblər.
Tədbirdə, həmçinin, Türkiyə Prezidentinin oğlu Bilal Ərdoğan da iştirak edib.
Tədbirdə çıxış edən Türkiyə səfiri Biral Akgün Prezident Ərdoğanın bayram təbrikini çatdırıb.














