Ramiz Mehdiyevin dustaq edildiyi evə yalnız o gedə bilir - Qənbər kimdir?

  • Müəllif: Ayshan
  • 02 Noyabr 2025 23:39

Başqa sözlə, yaxın qohumların evə gəlməsi və görüşməsi adətən qadağan edilmir. Amma müəyyən hallarda bu qadağan edilə bilər. Belə ki, bu görüş istintaqın gedişinə təsir edə bilərsə, həmin təmaslara icazə verilmir.

Əgər şəxsə konkret qadağalar qoyulubsa (məsələn, evə gələnlərin siyahısı məhdudlaşdırılıbsa), bu zaman yalnız icazə verilən şəxslərlə görüşmək mümkündür.

Ramiz Mehdiyevin ağır dövləti cinayətlərdə ittiham olunduğunu nəzərə alsaq, onunla görüşə icazə verilən şəxslərin siyahısının məhdud olduğunu düşünmək olar.

Gununsesi.info xəbər verir ki, Savashmedia.az -ın əldə etdiyi məlumata görə, Ramiz Mehdiyev ev dustaqlığını məşhur “Avropa” otelinin yanında, Tiflis prospektindəki villasında çəkir. Həyat yoldaşı Qalina Mehdiyevanın da onun yanında olduğu bildirilir.

Övladlarına gəlincə isə onların heç birinə Ramiz Mehdiyevlə görüş icazəsi verilməyib.

Sabiq PA rəhbərinin qaldığı evə giriş izni olan yeganə şəxs isə Ramiz Mehdiyevin Qənbər adlı mühafizəçisidir. Bütün alış-veriş və bazarlıq işlərini də onun həyata keçirdiyi bildirilir.

Xatırladaq ki, bir müddət öncə mediaya açıqlama verən mühafizəçi bunu təsdiqləmiş və evin bazarlıq işləri ilə məşğul olduğunu demişdi.

Gununsesi.info