Sülh danışıqlarının pərdəarxası: Rusiyanın tələbləri sərtləşir

  • Müəllif: Ayshan
  • 20 Noyabr 2025 23:24

“Rusiya–Ukrayna müharibəsinin başa çatması ilə bağlı müxtəlif təşəbbüslər irəli sürülür, bu istiqamətdə bir sıra danışıqlar aparılır. Ukrayna prezidenti Volodimir Zelenski ilə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında keçirilən görüşdən sonra mətbuat konfransında da mühüm bəyanatlar səsləndi. Ərdoğan müharibənin tezliklə başa çatması və Ukraynanın yenidən qurulması prosesində Türkiyənin fəal iştirak etməsi üçün səylər göstərir. Lakin bütün bunların gerçəkləşməsi üçün tərəflər arasında razılığın əldə olunması vacibdir”.

Bu sözləri Gununsesi.info-ya açıqlamasında politoloq İlyas Hüseynov deyib.

İlyas Hüseynov deputatlığa namizəd olacaq? -

O bildirib ki, ABŞ də  sülhün tərəfdarıdır. Lakin Rusiyanın irəli sürdüyü tələblər həm sərt, həm də ciddidir.

“Artıq bir sıra detallara da aydınlıq gətirilib. Mövcud ehtimallara baxmayaraq, müharibənin hazırkı şərtlərlə başa çatması Ukraynanı çox çətin vəziyyətə sala bilər. Ukrayna ərazisində silahlı qüvvələrin yerləşdirilməsi mümkün olmayacaq, diplomatik uçuşlara məhdudiyyətlərin qoyulması, Ukrayna Silahlı Qüvvələrinin sayının təxminən üç dəfə azaldılması, Moskva və Sankt-Peterburqun uzaqmənzilli raketlərlə vurulmasının qarşısını almaq üçün bu silahların məhdudlaşdırılması kimi ağır şərtlər mövcuddur.

Bəzi KİV-lərin yazdığına görə, Rusiya Ukraynada rus dilinin ikinci dövlət dili kimi tanınmasını da tələb edir. Bundan başqa, Zelenski komandasında korrupsiya qalmaqalı ilə bağlı yaranan vəziyyəti Moskva Kiyevə təzyiq vasitəsi kimi istifadə edir. Rüşvət qalmaqalları və Rusiya ordusunun irəliləməsi Zelenskini daha da çətin duruma salır. Bu şərtlərlə müharibə davam edərsə, Kiyev üçün perspektivlər heç də ümidverici görünmür. Ukrayna bu tələbləri qəbul edəcəyi halda, ölkəni ağır gələcək gözləyir”,- deyə politoloq  vurğulayıb.

Ayşən Rəhim

Gununsesi.info