İrəvanda bina çökdü, yaralı var - Video

  • Müəllif: Firuzə
  • 01 Dekabr 2025 12:11

Ermənistanın paytaxtı İrəvanda üçmərtəbəli bina çöküb.

Gununsesi.info “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, hadisə nəticəsində bir nəfər xəsarət alıb.

Binanın keçmiş piano fabrikinin bir hissəsi olduğu qeyd edilib.

Tikilinin hansı səbəbdən çökməsi açıqlanmayıb.

Hadisə yerindən görüntüləri təqdim edirik:

Gununsesi.info