“Azərbaycanın qeyri-neft ixracı 2 dəfə artıb” -Şahmar Mövsümov

  • Müəllif: Firuzə
  • 08 Dekabr 2025 10:53

“Son 6 ildə Azərbaycanın qeyri-neft ixracı 2 dəfə artıb”.

Gununsesi.info xəbər verir ki, bunu Prezidentin köməkçisi – Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov “Gömrük Biznes Forumu 2025” adlı tədbirdə deyib.

O bildirib ki 2021-24-cü illərdə Azərbaycanın qeyri-neft sektoru hər il orta hesabla 6,7% artıb və ümumi iqtisadiyyatda payı 68%-ə yüksəlib.

“Eyni zamanda, dövlət-özəl tərəfdaşlıq mexanizmləri və aparılan islahatlar nəticəsində özəl sektorun iqtisadiyyatda payı 81,4% səviyyəsindədir”, -Şahmar Mövsümov qeyd edib.

Gununsesi.info