Qaxda uşaq bağçasında yanğın olub

  • Müəllif: Firuzə
  • 11 Dekabr 2025 17:10

Qax şəhərində uşaq bağçasında yanğın olub.

Gununsesi.info xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, yanğın ikimərtəbəli uşaq bağçasının 1-ci mərtəbəsində yerləşən texniki otağında baş verib.

Bağçanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Gununsesi.info