Stomatoloqlardan pul tələb edən “jurnalistlər” saxlanıldı - FOTO

Balakəndə özünü jurnalist kimi təqdim edərək stomatoloqlardan pul tələb edən şəxslər saxlanılıblar.

Gununsesi.info Oxu.az-a istinadən xəbər verir ki, Balakən Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olan şikayətlə bağlı həyata keçirdikləri tədbirlərlə həmin şəxslər – 48 yaşlı Mübariz Nağıyev və 47 yaşlı Elmar Əliyev müəyyən edilərək saxlanılıblar.

M.Nağıyev və E.Əliyevin, əsasən, stomatoloqlara yaxınlaşaraq guya qanunsuz fəaliyyət göstərmələri barədə videoçəkiliş etməklə hədə-qorxu gəldikləri, zərərçəkmişlərin müxtəlif məbləğlərdə maddi vəsaitlərini ələ keçirdikləri bildirilir.

Balakəndə stomatoloqlardan hədə-qorxu ilə pul tələb edən şəxslər saxlanılıblar

Gununsesi.info