“Elektron siqaretlər cəmiyyət üçün dərin problemə çevrilmişdi” -İQTİSADÇI

Məsələ Milli Məclisin Aqrar siyasət, İqtisadi siyasət, sənaye və sahibkarlıq, Əmək və sosial siyasət komitələrinin birgə iclasında müzakirə olunan “Tütün və tütün məmulatı haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Məsələyə münasibət bildirən iqtisadçı Eldəniz Əmirov qeyd edib ki, Azərbaycanda elektron siqaretlərin qadağan edilməsi ilə bağlı irəli sürülən təşəbbüsün konkret olaraq kim tərəfindən təqdim edildiyini dəqiq bilməsə də, bu ideyanın formalaşmasında və Milli Məclisdə qəbul olunmasında əməyi olan bütün tərəflərə təşəkkürünü bildirir:

“Açıq demək lazımdır ki, elektron siqaretlər cəmiyyət üçün dərin problemə çevrilmişdi. Bir tərəfdən ailə büdcələrindən bu məhsullara axan və heç bir real dəyər yaratmayan vəsaitlər, digər tərəfdən isə uzunmüddətli sağlamlıq problemləri, səhiyyə xərcləri, sosial risklər və iqtisadi itkilər mövcud idi”.
İqtisadçı hesab edir ki, bu risklər arasında sağlamlıq problemləri ön sırada dayanırdı:
“Buna görə də bu addım bu il Milli Məclisdə qəbul edilən qanunlar arasında açıq şəkildə təşəkkür etdiyim ilk təşəbbüslərdən biridir”.
Şəbnəm