Azərbaycan benzini Ermənistanda bu qiymətə satılacaq

  • Müəllif: Firuzə
  • 22 Dekabr 2025 17:00

Sabahdan etibarən Azərbaycan benzini “Ran Oil” Ermənistandakı yanacaqdoldurma məntəqələri şəbəkəsində satılacaq.

Gununsesi.info  xəbər  verir ki, bu barədə erməni vəkil və “Birlik Qanadları” siyasi təşəbbüsünün üzvü Raffi Aslanyan öz “Facebook” səhifəsində yazıb.

Onun sözlərinə görə, premium benzinin qiyməti 440 dram (1 manat 96 qəpik) olacaq.

Qeyd edək ki, Azərbaycanda Aİ-95 markalı benzinin qiyməti 1 manat 60 qəpikdir.

Gununsesi.info