Azərbaycanda dövlət qurumlarına 850 kiberhücum olub

  • Müəllif: Orxan
  • 06 Yanvar 2026 17:54

Ötən il Azərbaycanda dövlət qurumlarına 850 kiberhücum indikatoru (IOC) müəyyən edilib.

Gununsesi.info bu barədə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinə (XRİTDX) istinadən xəbər verir.

Kibertəhdidlərin 372-si daxili araşdırma, 478-i isə dövlət qurumlarından daxil olmuş insidentlərin araşdırılması əsasında müəyyən olunaraq bloklanıb.

Dekabr ayında isə dövlət qurumlarına 99 kiberhücum müəyyən edlib.