Hakan Fidan suriyalı həmkarı ilə görüşdü - FOTO

  • Müəllif: Firuzə
  • 06 Yanvar 2026 19:07

Türkiyənin xarici işlər naziri Hakan Fidan Fransanın paytaxtı Parisdə suriyalı həmkarı Əsəd Şeybani ilə görüşüb.

Gununsesi.info  xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi X hesabında məlumat yayıb.

Görüşün təfərrüatı açıqlanmayıb.

Qeyd edək ki, görüş Ukraynaya dəstəklə bağlı yaradılan “İstəklilər koalisiyası”nın sammiti çərçivəsində baş tutub.

Gununsesi.info